Monteneqro Azərbaycanı alternativ enerjiyə investisiya qoymağa çağırır

Monteneqro Azərbaycanı alternativ enerjiyə investisiya qoymağa çağırır

Monteneqronun energetika sahəsi Azərbaycandan investisiyalar üçün açıqdır.


Bunu Trend-ə eksklüziv müsahibəsində Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç deyib.

O bildirib ki, Monteneqronun Azərbaycanla əməkdaşlığı İoniya-Adriatik boru kəməri (IAP) ilə bağlı fəaliyyətə əsaslanır: "Amma bu, o demək deyil ki, əməkdaşlığımız genişlənməməlidir. Əksinə, Azərbaycanın turizm şirkətləri ilə müsbət iş təcrübəsini nəzərə alsaq, ölkəmiz energetika sahəsinə Azərbaycandan investisiyalar üçün açıqdır”.

D.Sekuliç qeyd edib ki, Monteneqronun su enerjisinin inkişafı üçün zəngin, istifadə olunmamış potensialı mövcuddur:

"Bu sahədə mən Moraça və Komarnika çaylarını qeyd etmək istərdim, biz bu çayların enerj potensialını dəyərləndirmək niyyətindəyik. Biz həmçinin investorlarla danışıqlara açığıq. Bir müddət əvvəl biz 200 meqavatdan çox gücü olan günəş elektrik stansiyasının tikintisi üçün tender elan etmişik. Mən fürsətdən istifadə edərək azərbaycanlı investorları bu tenderdə iştiraka dəvət etmək istərdim”.

 
Aktual.az
Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR