Monqolustan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Monqolustan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Monqolustan Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram".
 
Aktual.az 
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR