“Molla dedi ki, uşaqda cin var…” – Döyülərək öldürülən gəncin atası

“Molla dedi ki, uşaqda cin var…” – Döyülərək öldürülən gəncin atası

"Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda "cin çıxarmaq” adı ilə 25 yaşlı Murad Sultanovu döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə baxış iclası keçirilib.

"Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dünyasını dəyişmiş Murad Sultanovun atası Şahin Sultanov ifadə verib. Zərərçəkmişin hüquqi varisi qismində tanınan Ş.Sultanov bildirib ki, həyat yoldaşı ilə illər əvvəl ayrılıb və tək uşaqları olan Murad ana nənəsi ilə qalıb.

O bildirib ki, nənəsi öləndə anası başqasına ərə gedəcəyini deyib və bu Murada pis təsir edib. Bundan sonra atası ilə yaşayıb.

Onun sözlərinə görə, Muradın əvvəllər psixoloji problemi və narahatlığı olmayıb. Amma bir gün səhər duranda vəziyyəti qəfildən dəyişib:"Başını divara vurub, üstünə soyuq su töküb, söyüş söyürdü. Yaxınlaşanı vurur, dinləyirdi. Əlimi dinləyəndə az qala barmağımı qoparacaqdı. Həkimlər gəlib dəlixanaya apardılar. Orada sakitləşmişdi. Bibisinə dedi ki, mən dəli olmamışam, məni burada saxlamayın. Sonra anası gəldi dedi ki, ver uşağı aparım, onda cin var. Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana "kafir” deyir. Anasıgildə olanda dedilər ki, Murad qaçıb. Birtəhər tapdıq, küçədə maykada gəzirdi. Bizi görüb, söyüş söyərək qaçırdı. Əl-ayağını bağlayıb, xəstəxanaya apardıq, sakitləşdirici iynə vurdular. Təsir etmədi, yenə dəlixanaya apardıq”.

Bundan sonra uşaqda "cin” olduğunu düşünərək, molla axtarmağa başlayıblar.

Qabil adlı mollanı xəstəxanaya gətirsələr də, həkimlər ona içəri daxil olmağa icazə verməyib. Bundan sonra Muradı xəstəxanadan çıxarıb maşında mollaya göstərib. Molla dua oxuyanda uşağın vəziyyəti daha da pisləşib. Molla deyib ki, uşaqda cin var. Daha sonra Muradı evə gətiriblər, hər gün molla gəlib dua oxuyub. Onu müxtəlif pirlərə da aparıblar.

Atası bildirib ki, Nərimanov rayonunda yerləşən psixoloji xəstəxanaya aparsa da, orada saxlamaq istəməyib və uşağın "müalicəsini” molla Qalibə tapşırıb.

Zərərçəkmişin sözlərinə görə, həmin molla uşağa dualr oxuyur və uşağı zeytun ağacının çubuğu ilə yüngül zərbələrlə vurumuş:

"Hər gün davam edğn bu proses ona müsbət təsir edirb və düzəlməyə başlayırdı. Hətta sərbəst küçədə də gəzirmiş”.

Ş.Sultanov deyir ki, daha sonra Muradın anası, daha doğrusu yenidən ailə qurduğu Elnur başqa bir molla – təqsirləndirilən Füzuli Qəribovu gətirib. Füzuli deyib ki, uşağın cini var və o da dualar oxuyub. Valideynlər ondan xahiş ediblər ki, uşağı sağaltsın. Bundan sonra Füzuli və digər təqsirləndirilən şəxslər Muradı "müalicə”yə başlayıb. Atasının bildirdiyinə görə, onlar dua oxumaqla yanaşı, Muradı çubuqla ağrıtmayacaq həddə vururmuşlar. Hətta atası özü də hərdən Murada çubuqla vururmuş və iddiasına görə, bu, ona yaxşı təsir göstərirmiş.

85d49653f3d7ec

Atasının dediyinə görə, bir gün Muradı çimizdirən zaman onun qarnında qançır zolağı görüb və nə olduğunu soruşsa da, oğlu cavab verməyib:"Füzuliyə dedim ki, birdən uşaqlar ("müalicə” edən şəxsləri) Muradı möhkəm deyərlər. Həmin gün Muradı "seans”dan götürməyə gələndə gördüm vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, qətiyyən həkimə zəng eləmə, evə apar düzələcək. Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar isə dayanıb baxırdılar”.

Ş.Sultanovun dəfələrlə gözləri dolub, çıxışını yarımçıq kəsib. Çıxışına davam edən Ş.Sultanov deyib ki, oğlunun ölümündə hamısını günahkar görür:

"İndi deyirlər ki, Füzuli bizə dedi, biz də kömək məqsədi ilə etdik. Deməli, Füzuli bunlara desəydi ki, cini çıxarmaq üçün, uşağın dərisini soymaq lazımdır, onu da edəcəkdilər. Adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər, Murad yalvarıb onlara, amma biri insafa gəlməyib. Hətta küçədə itə belə bir şey edəndə adamın yazığı gəlir, bunların heç biri deməyib ki, adamı bu qədər döymək olmaz, öləcək…”

O, suallara cavab olaraq bildirib ki, füzuli ondan pul götürmürdü və zorla bir dəfə 300, bir dəfə də 400 manat pul verib.

Təqsirləndirilən şəxslər ondan halallıq istəyiblər. Bildiriblər ki, son seans 1.5 saat yox, 40 dəqiqə çəkib və məqsədləri Muradı öldürmək yox, "cini çıxararaq” ona kömək etmək olub.

Atası onlara cavab olaraq halallıq verdiyini deyib:

"Siz təkcə oğlumu yox, məni də öldürdünüz. Mənim ondan başqa heç kimim yox idi. Halallıq istəyirsinizsə, verirəm. Sizdən narazılığım təkcə odur ki, birinizdə insanlıq olmayıb ki, ağrıdan qışqıran, yalvaran, əzab çəkən Murada yazığınız gəlməyib”.

Proses növbəti həftə davam edəcək.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 6 nəfər tərəfindən törədildiyi müəyyən edilib.Araşdırmalarla onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər.Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə "seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölübEyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. Molla deyib ki, uşaqda cin var…”

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR