Moldova parlamentinin sədri Şuşada bir sıra yerləri ziyarət edib

Moldova parlamentinin sədri Şuşada bir sıra yerləri ziyarət edib

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər edib.

"Report"un xəbərinə görə, o, səfər çərçivəsində Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət edib.

Moldova parlamentinin sədri Azərbaycan Prezidentinin Şuşanı "Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirib:

"Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri ziyarət etdik. Şuşada mədəniyyət ab-havası, heyrətamiz təbiət var. Yəqin ki, məhz buna görə bu torpaq çoxlu istedadlar yetişdirib”.
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR