Misir bu ilin birinci yarısında altı milyon turist qəbul edəcək

Misir bu ilin birinci yarısında altı milyon turist qəbul edəcək
  • DÜNYA

Bu ilin birinci yarısında Misirə altı milyon xarici turistin gəlməsi gözlənilir.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə turizm sahəsinin yüksək ranqlı məmuru məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə ölkə, doqquz milyona yaxın turist qəbul edib. Misir, həmçinin Rusiyadan aviareyslərin bu ilin sonunadək bərpa edilməsinə və rusiyalı turistlərin Qırmızı dəniz kurortlarına qayıtmasına ümid bəsləyir.

Mütəxəssislərin fikrincə, Misirin turizm sənayesinin bərpası bütün ölkə ərazisində, xüsusilə turistik obyektlərdə təhlükəsizlik səviyyəsinin artması və məqsədyönlü marketinqlə bağlıdır. Məsələn, Qahirənin mərkəzindəki Misir Muzeyinə girişdə üç metal yoxlayan quraşdırılıb və ziyarətçilərin sənədləri üç yoxlamadan keçir. Həmçinin Giza Piramidalarına giriş ziyarətçilərin şəxsiyyət vəsiqəsi ilə və metal yoxlayanlarla həyata keçirilir. Bununla yanaşı, turist zonalarının xaricində mühafizə olunan marşrutlar qoyulub. Bu zonalara Yeni il qabağı törədilmiş və üç vyetnamlı turistin öldüyü terror hücumundan sonra ciddi nəzarət edilir.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR