"Minsk qrupunun formatını dəyişmək lazımdır"


Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarında irəliləyiş üçün ATƏT-in Minsk qrupunun formatını dəyişmək lazımdır. Minsk qrupu 20 ildən artıq müddət ərzində münaqişənin həllinə kömək edə bilmədi.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu qazaxıstanlı politoloq, Altınbek Sarsenbayev adına Fondun rəhbəri, informasiya nazirinin keçmiş müşaviri Aydos Sarım deyib.

O bildirib ki, buna görə də Minsk qrupunun formatını dəyişmək, ona Türkiyə və Qazaxıstan kimi yeni vasitəçilər cəlb etmək lazımdır.

Ekspert əlavə edib ki, hazırda dünya ictimaiyyətinin Dağlıq Qarabağ üzrə mövqeyi münaqişə zonasında atəşin dayandırılmamasından ibarətdir: "Ermənistanın Dağlıq Qarabağ məsələsində mövqeyi qeyri-konstruktivdir. Dünya ictimaiyyəti Ermənistan hakimiyyətinə təzyiq etməli və onları mövqelərini dəyişdirməyə məcbur etməlidir".

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR