Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir

Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

"Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxildir.
Bunlar "Normativ hüquqi aktlar haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Notariat haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.
Bundan başqa, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunacaq.
İclasda yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə də baxılacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
 
Aktual.az
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR