Məhkəmədən Tağı Əhmədovun hakim oğlu ilə bağlı qərar

Məhkəmədən Tağı Əhmədovun hakim oğlu ilə bağlı qərar

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar çıxarılıb.
Aktual.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.
Səbəb olaraq Nizami rayonunda tikinti aparan "Kursus-Nizami" şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.
Qeyd olunur ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.
R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.
Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.
Xəbər 144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR