Zəfər günü əfv olacaq? - Açıqlama

Zəfər günü əfv olacaq? - Açıqlama

8 noyabr - Zəfər günü əfv sərəncamı ilə bağlı gözləntilərin yüksək olduğunu düşünmürəm.
Aktual.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Əfv məsələləri komissiyasının üzü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvü bunun səbəbini əfv sərəncamının may ayında imzalanması ilə əlaqələndirib:
"Sərəncamın imzalanmasının üstündən az vaxt keçib. Bu qısa müddətdə yeni bir sərəncamın imzalanması ehtimalını yüksək qiymətləndirmirəm. Digər tərəfdən, komissiyaların iclasları da keçirilməyib. Bu da qarşıdakı günlərdə növbəti əfv sərəncamının imzalanması ehtimalını azaldır".
Əliməmməd Nuriyev bildirib ki, Konistitusiyaya görə, əfv etmək Prezidentin müstəsna hüququdur:
"Prezidentin hətta istənilən zaman, Əfv komissiyasının iclasları keçirilmədən də onu həyata keçirtmək hüququ vardır".

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR