Milli Məclisin sabiq deputatı vəfat edib

Milli Məclisin sabiq deputatı vəfat edib

Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib. 

Aktual.az Report-a istinadən xəbər verir ki, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə aparılıb və şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir. A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 

Aktual.az

Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR