Milli Məclisin qeyri-adi iclası: deputatlar uşaqlarla bir arada

Milli Məclisin qeyri-adi iclası:  deputatlar uşaqlarla bir arada

1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ilə əlaqədar Milli Məclisin bu gün keçirilən iclasına bir qrup uşaq qatılıb.

20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: “Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq”.

Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.//Apa

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR