Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Xəbər verdiyimiz kimi, parlamentin bir qrup deputatı növbədənkənar sessiyasının çağırılması üçün Milli Məclis rəhbərliyinə müraciət edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Parlamentin növbədənkənar iclası iyunun 21-də keçiriləcək.

Spiker Oqtay Əsədov bildirib ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya keçiriləcək.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR