Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək. 

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub. 

Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.//Azvision.az

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR