Milli Məclisin gündəliyinə daha 3 məsələ daxil edildi

Milli Məclisin gündəliyinə daha 3 məsələ daxil edildi

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daha üç məsələ əlavə edilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, parlamentdən verilən məlumata görə, gündəlikdə dörd məsələnin müzakirəsi nəzərdə tutulub.

İclasda ilk olaraq "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Daha sonra Cinayət Məcəlləsində dəyişikliklər edilməsi (iki layihə) və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR