Millət vəkilləri Radik İsayevi təbrik etdilər

Millət vəkilləri Radik İsayevi  təbrik etdilər
  • İDMAN

“Taekvandoçumuz Radik İsayev ölkəmizə ilk qızıl medalı gətirərək, üçrəngli bayrağımızı dalgalandırdı”.

Aktual.az  xəbər verir ki, bunu millət vəkili Azər Badamov öz “Facebook” statusunda yazıb. O, yazıb ki, ümumiyyətlə, taekvandoçularımız “Rio-2016”-da  nümunəvi döyüş nümayiş etdirərək, çox gözəl nəticələr qazanıb.

azer

“Artıq Azərbaycan qızıl medal alan ölkələrin siyahısına əlavə olundu və bu münasibətlə hər birinizi təbrik edirəm. Düşünürəm ki, qızıl medalların gəlişi başlanıb və idmaçılarımıza qarşıdakı mübarizələrdə uğurlar arzulayıram”-deyə, o, sonra yazıb.

eld

Millət vəkili Eldəniz Səlimov da “Rio-2016” da uğurla çıxış edib Azərbaycana medal qazandıran, üçrəngli bayrağımızı dalğalandıran idmançılarımızı-olimpiyaçılarımızı təbrik edib.

“Rio-2016″da Azərbaycana ilk qızıl medal qazandıran taekvandoçumuz Radik İsayev başda olmaqla, bütün olimpiya mükafatçılarımızı, onların məşqçilərini, Azərbaycanın idman ictimaiyyətini, bütövlükdə xalqımızı və dövlətimizi təbrik edirəm. İdmançılarımızın qələbəsi Azərbaycanın, dövlətimizin, xalqımızın qələbəsidir.

Bu qələbəyə heç cür biganə qalmaq və sevinməmək mümkün deyil. Bu qələbələr hər birimizin ürəyindəndir. Bu münasibətlə bir daha hər kəsi, o cümlədən, bizə olimpiya sevinci yaşadan idmançılarımızı təbrik edir, onlara növbəti, uğurlar, zəfərlər arzulayıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, R. İsayevi təbrik edən millət vəkilləri arasında Qənirə Paşayeva, Aydın Mirzəzadə, Hadi Rəcəbli və Adil Əliyev də var.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR