Millət vəkilindən ÇAĞIRIŞ: “Dəniz sahillərinin hasarlanmasına son qoyulmalıdır”

Millət vəkilindən ÇAĞIRIŞ: “Dəniz sahillərinin hasarlanmasına son qoyulmalıdır”

Millət vəkili Q.Paşayeva MM-də çıxış edərək dəniz sahillərinin qanunsuz hasarlanmasına son qoyulmalı, hər kəsin dəniz sahillərində rahat dincəlmə imkanları genişlənməlidir deyib.


Bu gün MM-də Torpaq Məcəlləsində dəyişikliklər edilməsi ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Q. Paşayeva dəyişikliyin daha çox qeyri-müəyyənlik yaradacağını deyib və çıxış edən millət vəkili həmkarlarının da fikirlərini dəstəkləyərək dəyişikliyin bu şəkildə qəbul eilməsinin doğru olmamasını xüsusi vurğulayıb. Qeyd edək ki, qanunun 46-cı maddəsinin 2-1-ci hissəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri "İctimai çimərliklər” sözləri ilə əvəz edilib. Millət vəkili Q. Paşayeva çıxış edərək deyib ki bu dəyişikliyə əsasən əvvəllər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla digər obyektlərə qadağalar vardısa bu dəyişikliklə ictimai çimərliklərdən başqa digər qurumlara, şəxslərə, özəl çimərliklərə bu qadağa olmayacaq və bu dəniz sahillərinin hasarlanması ilə bağlı onsuz da yaxşı olmayan vəziyyəti daha da pisləşdirə bilər:” Dəniz sahillərinin hasarlanmasının artması hamımızı ciddi narahat edir amma bu dəyişikliklə bu proses daha da surətlənə bilər. Bundan başqa millət vəkilləri həmkarlarımın da söylədiyi kimi "ictimai çimərlik” anlayışı qanunda yoxdur. Azərbaycanda çimərliklərin böyük əksəriyyəti özəldir. Bu dəyişiklik qəbul edilərsə onda belə çıxacaq ki qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər. Bu dəyişiklikdə ziddiyyət var. Onsuz da qanunun bu maddəsinin həyata keçməsində ciddi problemlər var, istəyir hasarlarla bağlı məsələdə, istərsə də dəniz sahilində 200 metrdən bir insanların və avtomobillərin keçməsi üçün yolların olmasına qədər. Biz vəziyyətin yaxşılaşması, qanunun tələblərinin reallaşması üçün mübürizəni gücləndirməliyik. Bu dəyişiklik isə vəziyyəti daha da ağırlaşdıra bilər. Yay aylarında özəlliklə insanlarımızın dəniz sahillərindən rahat istifadə edə bilmə imkanlarının daha da genişlənməsinə böyük ehtiyac var. Hər kəsin imkanından asılı olmayaraq dənizdən, dəniz sahilindən istifadə edə bilmək imkanları genişləndirilməlidir. Ölkə başçısının da tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır. Qanunsuz hasarlar sökülməli, dənizə gedən yolda olan maneələr aradan qaldırılmalıdır. Ona görə də bu məsələyə təkrar baxılması, sonra müzakirəsi daha yaxşı olar”.

Bir sıra millət vəkillərinin bu məsələ ilə bağlı çıxışlarından sonra spiker Oqtay Əsədov qeyd edib ki, həqiqətən də qanunda müəyyən boşluqlar var: " Eldar Quliyev bunu izah edə bilməyəcək. Ona görə də qanuna təklif edən dəyişikliyi saxlayırıq. Gələn dəfə müzakirə edərik” .

 

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR