Millət vəkili Türk dünyası sənətçilərinə çağırış etdi

Millət vəkili Türk dünyası sənətçilərinə çağırış etdi

Millət vəkili Q.Paşayeva Ankarada ''Ozanların və şairlərin dilindən Türkiyə-Azərbaycan qardaşlığı'' şöleninin açılışında Türk dünyası sənətçilərinə çağırış edib.

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə keçirilən ''Ozanların və şairlərin dilindən Türkiyə-Azərbaycan qardaşlığı'' şöleninin açılışında Türk dünyası şair, yazar, sənətçilərinə çağırış edərək, "bir-birimizi daha çox dəstəkləməliyik”-, deyib. Puksaklar bələdiyyəsi və EkoAvrasiyanın təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə Ankarada keçirilən tədbirdə çıxış edənQ. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, tanınmış şair, yazar, aydın və ictimai fəalların qatıldığı tədbirdə millət vəkili: "Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”,- deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili:"Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”, -deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. O, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu da xüsusi vurğulayıb. "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar”, -deyə millət vəkili qeyd edib. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq. Millət vəkili Q.Paşayeva tədbirdə İraq Türkmanlarının düşdüyü ağır vəziyyətdən də danışıb, bu gün Kərkük, Təlafərdəki soydaşlarımıza daha çox dəstək olmalıyıq deyib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva İraq Türkmanlarının təmsilçiləri, şairləri və Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair və araşdırmaçılarla görüşərək müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.

 

 








Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR