Millət vəkili Qənirə Paşayeva Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Aktual.az xəbər verir ki, geniş fikir mübadiləsinin aparıldığı görüş zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları ilə də bağlı müzakirələr olub və millət vəkili Q. Paşayeva deyib ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayan Bolqarıstandan sədrliyi dövründə Azərbaycanla bağlı məsələlərdə ədalətli mövqe tutacağını gözləyirik.
 
Bundan başqa görüş zamanı Azərbaycan-Bolqarıstan münasibətlərindən də geniş danışılıb və ikitərəfli münasibətlərin genişlənməsi üçün böyük potensial barədə ətraflı söhbət edilib. Eyni zamanda May ayında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri kimi millət vəkili Q. Paşayevanın Bolqarıstana planlaşdırılan səfər barədə də geniş fikir mübadiləsi aparılıb.
 
Millət vəkili Q. Paşayeva xanım səfirin ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində yorulmadan çalışmalarını yaxından izlədiyini deyib və onu təbrik edərək Azərbaycan-Bolqarıstan arasında getdikcə artan əməkdaşlığın daha da surətlənəcəyinə inandığını deyib. Görüş zamanı bu ölkədə yaşayan böyük türk toplumu ilə də bağlı geniş fikir mübadiləsi aparılıb.
 
Aktual.az
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR