Əziz Sancar Azərbaycana gələcək

Əziz Sancar Azərbaycana gələcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycana gələcək.
Aktual.az xəbər verir ki, bu barədə akademik İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.
İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın 30 may - 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR