Millət vəkili: “Nə 5 rayon? Ya hər şey, ya da müharibə!”

Millət vəkili: “Nə 5 rayon? Ya hər şey, ya da müharibə!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanın işğalı altında  olan Azərbaycan rayonlarının azı 5-ni boşaltması məsələsinin Rusiya ilə müzakirə olunduğunu deyib.
 
Mövlud Çavuşoğlu bu barədə Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışından sonra Azərbaycanlı deputat Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair sualına cavabında danışıb: "Qarabağ probleminin həlli üçün səmimi səylər göstərdik. Ermənistanla münasibətlərimizin normallaşması üçün də səmimi səylərimiz oldu, Bu gün Minsk qrupunun həmsədrlərinin, Rusiyanın müəyyən təklifləri var. Bu sırada xüsusilə, Azərbaycanın işğal edilmiş torpraqlarından, ən azı beş rayondan Ermənistanın çəkilməsi  gündəmdədir. Rusiya bizimlə bu düşüncəlrini bölüşdü, bizz də bunu dəstəklədiyimizi bildirdik. Biz belə addımlar atılarsa, Azərbaycanın qəbul edəcəyi hər variantı dəstəkləyəcəyik. Biz Ermenistanla da münasibətlərimizi normallaşdırmaq istəyirik. Əgər bu problem həll olunarsa, Azərbaycanda da eyni yanaşmanın olacağını görürük. Niyə Cənubi Qafqazdakı bu problemləri həll etməyək? Minsk qrupunun daha fəal olması, səylərini daha da artırması lazımdır. Bütün dondurulmuş münaqişələrin aradan qaldırılması lazımdır”.
 
M.Çavuşoğlunun bu açıqlamasını A24.Az-a şərh edən Milli Məclisin deputatı Araz Əlizadə bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərinin sadəcə, bir hissəsinin azad edilməsinə dair deyilənlər "siyasi oyun”dan başqa bir şey deyil: "Ermənistanın uşğalı altında olan yeddi, yaxud da beş rayonumuzun azad edilməsinin mümkünlüyü haqda deyilənlər aşkar siyasi oyundur.
 
Əslində, Ermənistana o yeddi, ya da beş rayon heç lazım da deyil. Əgər Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonları boşaltsa, o halda "top” Azərbaycanın meydançasına düşəcək. Yəni bundan sonra ermənilər və onların havadarları güzəşt növbəsinin Azərbaycana keçdiyini, Dağlıq Qarabağın itirilməsi ilə razılaşmalı olduğumuz barədə şivən salacaqlar. Yenə deyirəm, müftə pendir tələdə olur. Ona görə də belə arzuedilməz vəziyyətə düşməmək üçün bu kimi "tələ”lərdən qorunmalıyıq. Mövqyimiz "Ya hər şey, ya da müharibə” olmalıdır”.
Xəbər 17045 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR