Millət vəkili İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri görüşüb

Millət vəkili  İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri  görüşüb

Millət vəkili Q.Paşayeva İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə görüşdə Qarabağ problemindən danışıb və Xocalı Soyqırımı ilə bağlı birmənalı mövqeləri üçün təşəkkürünü bildirib.

İordaniyada səfərdə olan millət vəkili Q.Paşayeva İordaniya Parlamentində İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri ilə görüşüb. Görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması,Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi,bəyənatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib və Azərbaycan xalqı dost və qardaş İordaniya dövlətinin, senatının bu addımını Azərbaycana ən böyük dəstəyi kimi dəyərləndirir deyib. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvlərinəDağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də onlara geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyiblər və yaxın zamanlarda mütləq Azərbaycana səfər etmək niyyətində olduğunu deyiblər. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını deyiblər. Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirakı ilə keçən görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər 963 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR