Millət vəkili BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb

Millət vəkili BƏƏ Federal Milli Şurasının sədri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə Qarabağdan danışıb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanka Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisiyə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.O, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Birləşmiş Ərəb Əmirliyinin Federal Milli Şurasının sədri Dr.Amal Al Qubaisi ilə bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR