Mikroavtobusla “KamAZ” toqquşdu - 15 nəfər yaralandı

Mikroavtobusla “KamAZ” toqquşdu - 15 nəfər yaralandı

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR