Mikayıl Cabbarov bu gün qəzada həlak olmuş tələbələrin ailələrinə başsağlığı verib

Mikayıl Cabbarov bu gün qəzada  həlak olmuş tələbələrin ailələrinə başsağlığı verib

Təhsil naziri Mikayıl Cabbarov bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrin ailələrinə başsağlığı diləyib.
Aktual.az  xəbər verir ki, nazir bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: "Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm! Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram!”
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR