Mikayıl Cabbarov: "Ali məktəblərin yeganə gəlir mənbəyi təhsil haqqıdır"

Mikayıl Cabbarov:

"Ali təhsil müəssələrinin gəlirinin 82 faizi əmək haqqılara sərf edilir".

Aktual.az  xəbər verir ki, bu sözləri "Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, yerdə qalan vəsait digər məsələrin probleminə yönəlməlidir.
"Ali təhsil müəssəsələrinin tələbə krediti yaratmaqda əsas məqsədi hər hansı bir şəkildə gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlana bilməsidir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib. Əsas məqsəd ölkəmizin ali təhsil sisteminin infrasturukturunu yaxşılaşdırmaqdır. 2013-cu ilin biz sisteminin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsil sistemində inkişafa nail olmaq olub. Bu gün ali təhsil sisteminə nəzər salsaq, ali sırf təsərüfat fəaliyyət göstərən sistemdir. Dövlət təhsil müəssəsinə tələbə təhsil haqqını ödəyir. Ali məktəblərin yeganə gəlir mənbəyi təhsil haqqıdır".
 
Aktual.az 
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR