Metroda qatarlarda nasazlıq halları 3 dəfədən çox azalıb

Metroda qatarlarda nasazlıq halları 3 dəfədən çox azalıb

"Bakı metropolitenində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. "Nərimanov" elektrik deposunun təmir sahələri qısa müddətdə  ən müasir standartlar səviyyəsinə çatdırılıb. Təmir sexi tamamilə simasını dəyişib. Ən əsası isə vaqon təmirinə yeni baxış gətirilib, struktur yenilikləri ilə funksionallıq ən yüksək həddə çatdırılıb".
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu gün Bakı metrosunun fəaliyyətə başlamasının 50 illik yubileyinə həsr olunmuş konfransda deyib.


Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində təmir detalları və qovşaqların böyük qisminin metropolitenin öz təmir-istehsalat sahələrində hazırlanmasına nail olunub:  "Hazırda metropolitendə 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır. Nəticədə, qatarların mexaniki ehtiyat hissələrlə təminatında kənar müəssisələrdən, xüsusən də ölkə xaricindən asılılıq azaldılıb, təminatın operativliyi artırılıb, maliyyə resurslarına əsaslı qənaət əldə edilib. Ehtiyat hissələrlə təminat nəzarətə götürələrək, təmir briqadalarının işi yenidən qurulub. Həmçinin, onların sosial-məişət şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası müasir tələblər səviyyəsinə qaldırılıb".


Z.Hüseynov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində nasazlığa görə qatarların depoya plandankənar qayıtma hallarının sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb: "2014-cü il ərzində nasazlığa görə 520 qatar vaxtından əvvəl xətdən çıxarılmışdısa, 2015-ci ildə bu rəqəm 212-yə, 2016-cı ildə isə 152-yə enib. Artıq qaçış probleminin həll olunması istiqamətində zəruri işlər aparılır. Bu səbəbdən 2014-cü ildə 40 vaqon, 2015 və 2016-cı illərdə 70 vaqon təmirə göndərilib, 2017-ci ildə isə bununla bağlı təmirə göndərilmiş vaqon sayının 45-60 ədəd olması gözlənilir".
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR