Metroda gediş haqqı bahalaşacaq? - Bakı Metropoliteni

Metroda gediş haqqı bahalaşacaq?   - Bakı Metropoliteni

"Metroda gediş haqqının artırılması aktual deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda sərnişinlərin metrodan az istifadə etməsi daha məqsədəuyğundur: 
"Biz hazırda sərnişinlərə müraciət edirik ki, imkan daxilində metrodan az istifadə edin. Belə çıxır, biz sərnişinlərə qiymət artırmaq üçün müraciət edirik? Xeyr, bizim müraciətimizin əsas səbəbi sosial məsafəni saxlamaqla bağlıdır. Belə bir məsələ gündəmdə deyil”.


Bəxtiyar Məmmədov bildirib ki, metro haqqında hər hansı fikir bildirməzdən əvvəl onun infrastrukturunu bilmək lazımdır.

Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR