Metroda dərman satılacaq

Metroda dərman satılacaq

Bakı metrostansiyalarında satışlar yenidən genişləndirilə bilər.

Aktual.az ANS-ə istinadən xəbər verir ki, bunu Bakı Meropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, stansiyalarda gül və kitablardan başqa bəzi dərman preparatlarının satışına da icazə verilə bilər.

"Metro stansiyalarında gül, kitab, təcili lazım olan dərman preparatlarının satışı, çoxfunksiyalı aparatların istifadəsi nəzərdə tutulur. Çoxfunksiyalı aparatlar dedikdə salfet, su satan aparatlar nəzərdə tutulur", - deyən metropoliten rəsmisi qeyd edib ki, başqa məhsulların satışına icazə verilməyəcək.

Nəsimi Paşayev dərmanların hansı şərtlərlə satılacağından da danışıb. O, dərmanların xüsusi icazə ilə satılacağını, onlara xüsusi nəzarət olacağını bildirib.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR