Mətanət filmə çəkilir - Video

Mətanət filmə çəkilir   - Video

Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva filmə çəkilir.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, yeni çəkilən “Məlikməmməd və Ziba” adlanan filmdə teleaparıcıya da rol verilib. M. Əliverdiyeva filmdə aparıcı rolunu canlandıracaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Mingəçevir və Bakı şəhərlərində çəkiləcək filmin sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələrdən ibarətdir. Filmin baş qəhramanı Məlikməməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

“Məlikməmməd və Ziba” komediyasında baş rolda Nofəl Şahlaroğlu, rollarda Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.


Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR