Messi saçının boyamasının səbəbini açıqladı

Messi saçının boyamasının səbəbini açıqladı
  • İDMAN

"Barselona"nın futbolçusu Lionel Messi bir müddət əvvəl saçını sarı rəngə boyamasının səbəbi və oğlu haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ağır günlər keçirdiyi üçün belə bir qərar verdiyini deyib:

"Hə, ağır günlər keçirirdim. Mənə yeni həyata başlamaq lazım idi. Ona görə də saçımı boyadım".

L.Messi oğlu Tiaqo haqda da danışıb. Argentinalı hücumçu oğlunun futbolla çox maraqlanmadığını söyləyib:

"Ona futbol topları hədiyyə etməməyə çalışıram. Tiaqo futbolla çox maraqlanmır. Gələcəkdə necə olacağını baxacağıq".

Xəbər 692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR