Messi hər kəsin önündə baş məşqçisini biabır etdi

Messi hər kəsin önündə baş məşqçisini biabır etdi

"DÇ-2018"də çıxışı işə azarkeşləri məyus edən Argentina millisi qrupdan çətinliklə çıxsa da, 1/8 finalda Fransaya 3:4 hesabı ilə yenilərək mübarizəni dayandırmışdı. 

Uğursuzluqdan sonra istefaya göndərilən baş məşqçi Xorxe Sampaoli haqqında bir çox iddialar səslənmişdi. Hətta onun heyəti Lionel Messinin istəyi ilə qurduğu bildirilirdi.
Aktual.az  fanat.az-a istinadən xəbər verir ki, bu iddialarla bağlı Argentinanın aparıcı media qurumlarından olan "TYC Sports" Messi və Sampaoli arasında Xorvatiya matçından sonra paltardəyişmə otağındakı mübahisə ilə bağlı məlumat yayıb.
İddiaya görə, 0:3 hesablı məğlubiyyətdən sonra Messi hər kəsin önündə qışqıra-qışqıra Sampaoliyə bu sözləri deyib: 
"Məndən ən azı 10 dəfə hansı futbolçunu ilk "11-lik"də görmək istədiyimi soruşdun. Heç birində ad çəkmədim. Əgər kiminsə adını çəkmişəmsə, bütün komandanın önündə de".
 
Aktual.az
Xəbər 662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR