Messi dünyanın ən ödənişli futbolçusu olub

Messi dünyanın ən ödənişli futbolçusu olub
  • İDMAN

Argentina millisinin futbolçusu Lionel Messinin İspaniya təmsilçisi "Barselona” ilə imzaladığı yeni müqaviləyə əsasən illik qazancı məlum olub. 

"Report” "Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun illik məvacibi 43 milyon avro təşkil edəcək.
Bu isə o deməkdir ki, Messi dünyanın ən ödənişli futbolçusu olacaq. O, siyahıda Çinin "Şanxay Şenhua” klubunda illik 37,5 milyon avro qazanan həmyerlisi Karlos Tevesi qabaqlayıb. Yay fasiləsində "Barselona”nı Fransa PSJ-sinə dəyişən braziliyalı hücumçu Neymarın qazancı 36 milyon avrodur.
"Real Madrid”in portuqaliyalı forvardı Kriştianu Ronaldu isə illik 34 milyon avro məvacib alır.
Qeyd edək ki, Lionel Messi noyabrın 25-də "Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb. Yeni müqaviləyə əsasən, argentinalını transfer etmək istəyən klub Kataloniya klubuna 700 milyon avro ödəməli olacaq. "Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, kataloniyalıların heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə "Qızıl top”a layiq görülüb.
 
Aktual.az
Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR