Məşhur futbolçu karyerasını başa vuracağı tarixi açıqladı

Məşhur futbolçu karyerasını başa vuracağı tarixi açıqladı

Argentinanın "Boka Xuniors" klubunda çıxış edən məşhur futbolçu Karlos Teves karyerasını başa vuracağı tarixi açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu növbəti mövsümdən sonra futbolçu karyerasına son qoyacağını deyib. 
"Boka Xuniors" ilə müqaviləm başa çatdıqdan sonra futboldan gedəcəyəm. Karyeram ərzində bu klub üçün darıxırdım. Mən başqa komandaya getməyəcəyəm. Bu klubun forması ilə karyeramı bitirəcəyəm", - o qeyd edib. 
Qeyd edək ki, Karlos Teves İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", İtaliyanın "Yuventus" və Çinin "Şanxay Şenşua" klublarında da oynayıb. 
 
Aktual.az
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR