Meşədə narkotik becərən gənclər saxlanılıb

Meşədə narkotik becərən gənclər saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Aktual.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib.
 
Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri  24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov  olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.


Faktla bağlı araşdırma aparılır.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR