Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılacaq?

Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılacaq?

Azərbaycanda özəlləşdiriləcək 11 səhiyyə müəssisəsi içərisində Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, özəlləşdirilməsi nəzərdə tutulan 11 xəstəxana təsərrüfat hesablı ambulator müəssisədir. 

Onların arasında Mərkəzi Dənizçilər, Mərkəzi Dəmiryolu xəstəxanaları da var. Mərkəzi Neftçilər Xəstəxanasının isə özəlləşdirilməsi nəzərdə tutulmur.

Səhiyyə Nazirliyi bu məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, bəzi mətbuat orqanlarında özəlləşdiriləcək tibb müəssisələrinin arasında Mərkəzi Neftçilər Xəstəxanasının olduğu qeyd olunub. Amma Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirilməsi nəzərdə tutulan 11 tibb müəssisəsi arasında yer almayıb.
 
Aktual.az 
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR