Mərkəzi Bankdan yararsız qəpiklərin dövriyyədən çıxarılması ilə bağlı – TENDER

Mərkəzi Bankdan yararsız qəpiklərin dövriyyədən çıxarılması ilə bağlı – TENDER

Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satınalınması üçün tender elan edir:

Aktual.az  xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış və dövriyyədə yararsız hala düşmüş metal pul nişanlarının qanunvericiliyə uyğun olaraq məhv edilməsi üçün avtomatlaşmış sistemin satınalınması ilə əlaqədar "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq keçirilən açıq tenderə aid 2016-cı il sentyabrın 6-da və 20-də "Xalq qəzeti”ndə dərc edilmiş elanlar aşağıdakı dəyişikliklərlə nəzərə alınmalıdır.

Tender proseduru noyabrın 28-də saat 15:00-da AMB-nin inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

İddiaçının təqdim etdikləri bəzi sənədlər üzrə:

- tender təklifinin qüvvədə olma müddəti 03.04.2017-ci il, tender təklifinin bank təminatının qüvvədə olma müddəti 16 may 2017-ci il tarixlərində müəyyən edilir;

- qəpiklərin təhlükəsiz və avtomatlaşmış qaydada məhv edilməsi sistemlərinin istehsalı, quraşdırılması və bu sistemlərin digər avtomatlaşmış sistemlərə inteqrasiyası sahəsində müvafiq təcrübəyə malik ixtisaslaşmış mütəxəssisin ətraflı CV forması.

- İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 25 noyabr 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən gec 17 noyabr 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

- İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

h/h: AZ25NABZ01701190000000001944

kod: 501004

m/h:AZ74NABZ01451700000000001944

VÖEN: 9900071001.

- Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıdakı hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Deutcshe Bank Trust Company Americas New

York, NY US, BKTRUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,
acc.04419124, İnternal account number: № 0170690001944.

Tender komissiyası.

Mənbə: Fins.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR