Mərkəzi Bank uçot dərəcəsini azalda bilər

Mərkəzi Bank uçot dərəcəsini azalda bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meylləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu AMB-dən bildiriblər.

"İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər", - deyə cavabda vurğulanır.

Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR