Mərkəzi Bank: Devalvasiya ilə bağlı şayiələr əsassızdır

Mərkəzi Bank: Devalvasiya ilə bağlı şayiələr əsassızdır

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

Aktual.az  xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.
 
"Devalvasiya ilə bağlı şayiələr isə əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır", - deyə məlumatda vurğulanıb.
 
Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR