Mənzillərin qiyməti artdı

Mənzillərin qiyməti artdı

Bu ilin III rübündə Azərbaycanda II rüblə müqayisədə mənzil bazarında qiymətlər 0,8% artıb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı mənzil bazarında qiymət indekslərinə əsasən, ilkin mənzil bazarında 0,9%, təkrar mənzil bazarında isə 0,8% bahalaşma qeydə alınıb.

Ötən ilin III rübü ilə müqayisədə isə mənzil bazarında 2,7% ucuzlaşma, o cümlədən ilkin mənzil bazarında 4,0% artım, təkrar mənzil bazarında 2,8% azalma müşahidə olunub. 
 
Aktual.az 

Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR