Mənsimovun saxta piarı — FOTOLAR

Mənsimovun saxta piarı — FOTOLAR

Ötən gün ölkə mətbuatında Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimində iştirak etməsi barədə xəbərlər yayıldı.

Aktual.az xəbər verir ki, Mənsimovun şəxsi "facebook" səhifəsində də, bəzi saytlarda da onun dünyanın nəhəng dövlətinin yeni seçilmiş prezidenti ilə təkbətək görüşməsini əks etdirən fotolar paylaşıldı. Bir andaca hər bir azərbaycanlının qəlbi fərəhlə doldu – axı bu bir ilkdir! 

Lakin, xırda araşdırma apararkən məlum oldu ki, bu əslində Trampın özü yox, karton fiquru ilə çəkilmiş şəkildir. Yəni, istənilən adam cənab Donald Trampın bu qələbə jesti ilə olan fotosuna öz fotosunu montaj edə bilər. Hər şeyi biznesə çevirən amerikalılar isə bunu da qanuni yolla edərək pul qazanırlar.

Belə ki, bu linkdən tam qanuni şəkildə ABŞ-ın 45-ci prezidenti ilə öz fotosunu əbədiləşdirə bilər. Bunun üçün cəmi 35 dollar xərcləmək kifayət edəcək.

Sadəcə sual doğurur, Mənsimov kimi biznes adamının belə saxta piar aparmaqda məqsədi nədir?
 
 
 
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR