“Mənim Yuri Qaqarin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın” - DEPUTAT

“Mənim Yuri Qaqarin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın” - DEPUTAT

"Əli Kərimli Sevinc Osmanqızının verilişində özünə sual verdirib ki, iqtidar olmağa hazırsızmı? Verdirib və ardınca da xəyalındakı arzuları reallıq kimi dilə gətirib, ağlına və ağzına gələni danışıb, nağıllar aləminə səyahət edib. Biabırçılıqdır həqiqətən. İqtidar olmağa iddialı şəxsin özünü bu qədər gülünc vəziyyətə qoyması, özündən bu qədər müştəbeh olması həqiqətən biabırçılıqdır”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Hələ utanmadan komanda söhbəti edir. Komanda isə ortalıqda. Biri-digərindən kasad. Biri-digərindən rəzil. Biri-digərindən urvatsız. 30 il boyunca Azərbaycan siyasətinə 30 tonluq ziyan vursalar da, 30 qramlıq fayda verməyiblər. Amma danışanda elə danışırlar, sanki dünya siyasətinin "dəngə”sini bunlar  müəyyən edir.

Kimdir komandan, ay Əli Kərimli? Nurəddin Məmmədli? Fuad Qəhrəmanlı? Tofiq Yaqublu? Seymur Həzi? Bunlarlamı gəlmək istəyirsən hakimiyyətə? Ömürləri boyunca 1 kitabı axıra qədər oxumayan bu kasadlarla, naşılarla, anti-millilərləmi meydan oxuyursan mövcud iqtidara?

Allahın Azərbaycana yazığı gəlib ki, sənin kimilərin siyasətdə önə çıxmaq, xalqı öz yalanlarına inandırmaq şansı olmayıb. Nə yaxşı ki, sizi tanımaq, sizlərin əsl simasını görmək üçün xüsusi istedada gərək duyulmayıb. Çox şükür ki, Azərbaycanın taleyi, bu xalqın gələcəyi Əli Kərimli kimi siyasi mürdəşirlərin ümidinə qalmayıb. Yoxsa məhv edərdiz bu dövləti. Xarici piştaxtalarda 5 qəpiyə satardız, milli maraqları. Bölərdiz, parçalayardız, bu məmləkəti.

İqtidar olacaqmış. Yox bir. Daha nələr.


Mənim 62 il geriyə dönüb Yuri Qararin olmaq şansım daha çoxdur, nəinki sənin iqtidar olmaq şansın. Nağılbaz adam.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 2582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR