Məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

Məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycanda məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna əlavələr edilir.

Qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Qanuna daha bir əlavə kimi təklif edilən maddə 27.6-a görə isə “Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR