Məmmədyarov və Nalbandyan prezidentlərin görüşünü müzakirə edəcəklər

Məmmədyarov və Nalbandyan prezidentlərin görüşünü müzakirə edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa), eləcə də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə yaxın zamanda iki ölkənin prezidentlərinin görüşünü müzakirə edəcəklər. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in press-relizində bildirilib. 

Press-relizdəki məlumata görə, Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin mümkün görüşünün müzakirəsi dekabrda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Hamburqda keçiriləcək. 
 
Aktual.az 

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR