Məmmədyarov Nalbandyanla görüşdü - FOTO

Məmmədyarov Nalbandyanla görüşdü   - FOTO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdədir.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, toplantıda XİN rəhbərləri (Qırğızıstan, Qazaxıstan və Rusiya) Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanılmasını dəstəkləyən bəyanatla çıxış ediblər:

"Münaqişə tərəflərini atəşkəsə ciddi şəkildə əməl etməyə və dözümlülük nümayiş etdirməyə çağırırıq".

Türkiyə mediası isə Moskvada baş tutan toplantıda əsas diqqəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ayırıblar. Elmar Məmmədyarovla Edvard Nalbandyanın əl-ələ görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər.

Məmmədyarov

Xəbər 755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR