Məmmədyarov: Mövcud “status-kvo” qəbuledilməz və qeyri-davamlıdır

Məmmədyarov: Mövcud “status-kvo” qəbuledilməz və qeyri-davamlıdır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliya xarici işlər naziriCuliya Bişopla görüşüb.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə ölkələrimiz arasında siyasi dialoqun, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud “status-kvo”nun ATƏT Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Görüşdə tərəflər BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR