Məktəb yoldaşını döyərək öldürdü - Masallıda

Məktəb yoldaşını döyərək öldürdü - Masallıda

Mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.
 
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalar zamanı K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.
 
İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR