Məktəb və bağçalar "donuz qripi"nə görə dezinfeksiya olunur

Məktəb və bağçalar

Dezinfeksiya işlərinə ilk olaraq ölkənin iri şəhərlərində start verilib


“Yanvarın 23-dən “donuz qripi” A( H1N1) virusuna qarşı ümumtəhsil məktəbləri və məktəbəqədər müəssisələrdə dezinfeksiya işlərinə başlanılıb”.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun verdiyi məlumata görə, prosesə Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki məktəb və bağçalardan başlanılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Lent.az-a açıqlamasında deyib ki, hazırda ölkədə “donuz qripi” ilə bağlı heç bir təhlükəli hal yoxdur və vəziyyət sabitdir, bütün profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir: “Məktəblərdə və məktəbəqədər müəssisələrdə gündəlik sanitar-profilaktik tədbirlər, həmçinin “donuz qripi” ilə bağlı dezinfeksiya işləri aparılır. Eyni zamanda, məktəbəqədər müəssisələrdə hər səhər uşaqlar arasında filtr müayinəsi aparılır. Əgər uşaq xəstədirsə, geri qaytarılır. Tibbi müəssisələrdə tibbi maskalardan istifadə edilməsi tapşırılıbQrip ya hansısa şübhəli xəstə olanlardan yaxma götürülməsi üçün tibb müəssisələrinə xüsusi eplikatorlar verilib”.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR