Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB

Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB

ABŞ-a getmək istəyən immiqrantları durdurmağı hədəfləyən Mexiko şəhər rəhbərliyi Orta Amerika ölkələriylə cənub sərhədinə hərbçilər yerləşdirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Meksika Orta Amerika ölkələrindən keçərək ABŞ və Kanadaya getmək istəyən qeyri-qanuni miqrantlara qarşı mübarizəni artırıb.
Bu məqsədlə Meksika hökuməti min immiqrasiya məmuru ilə birgə bölgəyə 6 min mühafizəçi yerləşdirib.
Mühafizəçilərin cənub sərhədində təqribən 800 miqrantı daşıyan bir qrup yük maşınını durdurduğu da deyilir.
Qeyd edək ki, ABŞ Orta Amerika ölkələrindən ərazisinə doğru gələn köç axınını durdurmaq üçün sərhədindəki tədbirləri artırması ilə bağlı Meksikaya basqılar edirdi.
 
Aktual.az

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR