Mehriban Xanlarovadan Kərimə 1 milyonluq ZƏRBƏ - ŞOK

Mehriban Xanlarovadan Kərimə 1 milyonluq    ZƏRBƏ - ŞOK

Əməkdar artist Mehriban Xanlarova haqqında yazdığı təhqiramiz ifadələr müğənni Kərim Abbasova baha başa gələcək. Buna görə Kərim qarşı tərəfə nə az, nə çox, düz bir milyon manat təzminat ödəyəcək. Əgər bu məhkəmədə sübuta yetirilərsə…

Əməkdar artistin vəkili Əkbər Məmmədovun sözlərinə görə, Kərimin sosial şəbəkədə aktrisanın ünvanına yazdığı ifadələrin təhqir olduğu məhkəmə ekspertizasında sübuta yetirilib. Ekspertiza rəyini Publika.az-a təqdim edən vəkil deyib:

“Artıq ekspert rəyi Kərim Abbasovun Mehriban Xanlarovanın ünvanına yazdığı ifadələrin təhqir olduğunu sübuta yetirib. Qalır məhkəmə qərarı. Dekabrın 7-də Binəqədi rayon Məhkəməsində işlə bağlı proses keçiriləcək. Məhkəmənin ədalətli qərar çıxaracağına əminik. Kərim Abbasov Mehriban xanımın şərəf və ləyaqətini alçaltdığı üçün ondan üzr istəməli və bir milyon manat təzminat ödəməlidir. Tələbimiz budur”.

Xatırladaq ki, Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında qalmaqal “Maşın şou”dan sonra yaranıb.

Kərim etik normaları aşaraq sosial şəbəkədə qarşı tərəfin ünvanına belə yazıb:

“Əslində, bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımların adı ləkələnir. Dağlı xanım, ümumiyyətlə, azərbaycanlı xanım qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çoxlarının beynində dağlılar barədə fərqli düşüncə formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.

// Aktual.az

Xəbər 4411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR