Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib

Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib. 

Aktual.az xəbər verir ki, Birinci vitse-prezident bildirib.
Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!
Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı
1. "AS Qrup İnvestment” şirkəti
2. Azərbaycan İdman Jurnalistləri Federasiyası
3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi
4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi
9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
11. Azərbaycan Respublikasının Milli Məclisi
12. "AzərEnerji” ASC
13. "Azərişıq” ASC
14. Azərkosmos” ASC
15. "AzərGold” QSC
16. Bakı Şəhər İcra Hakimiyyəti
17. Bakı Nəqliyyat Agentliyi
18. City Hospital
19. Ege Hospital
20. Dövlət Dəniz Agentliyi
21. Heydər Əliyev Fondu
22. Heydər Əliyev Mərkəzi
23. "Kontakt Home” mağazalar şəbəkəsi
24. "Sağlam Ailə” Tibb Mərkəzi
25. "Rahat” supermarketlər şəbəkəsi
26. "Referans Medical Group”
27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR